“Neftçi” liderliyini qoruya bildi

“Neftçi” liderliyini qoruya bildi
  10 Fevral 2019    Oxunub:2447
Topaz Premyer Liqasında 16-cı turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, günün ilk matçında lider "Neftçi" öz meydanında "Keşlə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Kapitan Emin Mahmudov komandasına qələbə qazandıran qolları vurmaqla dubla imza atıb.

Bu qələbədən sonra “Neftçi” xalların sayını 37-ə çatdıraraq turnir cədvəlində əsas izləyicisi “Qarabağ”dan 3 xallıq fərqi qoruyub saxlayıb.

Qeyd edək ki, tura "Səbail" - "Zirə" görüşü ilə yekun vurulacaq.

Azvision.az



Teqlər: Neftçi  





Xəbər lenti