Karateçilərimiz Avropa çempionatına uğurla başladılar - FOTOLAR

Karateçilərimiz Avropa çempionatına uğurla başladılar -  FOTOLAR
  09 Fevral 2019    Oxunub:2983
Azərbaycan karateçiləri Roman Heydərov (21 yaşadək gənclər, kata), Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite -63 kq) və Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite -57 kq) Danimarkanın Aalborq şəhərində Avropa çempionatının mükafatçıları olub.
Milli Karate Federasiyasının media və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, R.Heydərovla (şəxsi məşqçisi Vüqar Kərimov, milli komanda məşqçisi Vahid Ayvazov) T.Yaqubov (şəxsi məşqçisi Cahangir Babayev, milli komanda məşqçisi Anar Allahverdiyev) qızıl medal, H.Məmmədli (şəxsi məşqçisi Əbülfət Qarayev, milli komanda məşqçisi Anar Allahverdiyev) bürünc mükafat qazanıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Avropa Karate Federasiyasının (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib.



Təsəlliverici görüşlərə qatılanlardan Osman Osmanlı (14-15 yaşlı yeniyetmələr, kumite -70 kq) yarımfinalda qələbəni əldən verərək bürünc medal uğrunda həlledici görüşdə də məğlubiyyətlə barışmalı olub. İsmayıl Məhəbbətli (14-15 yaşlı yeniyetmələr, kumite -70 kq) də bu mərhələ şansından yararlana bilməyib.



İlk yarış gününün nəticələrinə əsasən Azərbaycan karateçiləri yalnız Türkiyə komandasından geri qalaraq ümumi hesabda 2-ci yeri tutub. 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclərdə isə 11-ci qitə çempionatında 51 ölkədən 1092 idmançı iştirakı ilə yarışda hələki 19 dövlətin karateçiləri müxtəlif əyarlı mükafatlara sahib ola bilib.








Azvision.az


Teqlər: Karate  





Xəbər lenti