“Sabah” “Qəbələ”yə, “Sumqayıt” “Qarabağ”a qarşı

  09 Fevral 2019    Oxunub : 1205
“Sabah” “Qəbələ”yə, “Sumqayıt” “Qarabağ”a qarşı
Bu gün Topaz Premyer Liqasında 16-cı tura start veriləcək.
Azvision.az -ın məlumatına görə, turun ilk günündə iki görüş keçiriləcək.

"Sabah” öz meydanında “Qəbələ” ilə qarşılaşacaq. Günün sonuncu matçında isə "Sumqayıt" “Qarabağ”ı qəbul edəcək.

16:00. “Sabah” – “Qəbələ
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Nahid Əliyev, Nahid Xasıyev
“Əlincə Arena”

18:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabarov
“Kapital Bank Arena”

Qeyd edək ki, tura sabah iki görüşlə yekun vurulacaq.

Azvision.az

Teqlər: Topaz   Liqa