İtkin düşən futbolçunun meyiti tapılıb

İtkin düşən futbolçunun meyiti tapılıb
  08 Fevral 2019    Oxunub:2757
Uelsin "Kardiff" futbol klubunun yeni transferi Emiliano Salanın da içində olduğu təyyarədən tapılan cəsədin kimliyi müəyyən edilib.
Azvision.az xəbər verir ki, tibbi ekspertiza qərara gəlib ki, ölən şəxs futbolçu Saladır. İngiltərə polisi faktı təsdiqləyib.

Qeyd edək ki, Fransanın “Nant” klubundan “Kardiff Siti”yə keçən Emiliano Sala yanvarın 21-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına 1,5 saat qalmış radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.



Azvision.az




Teqlər: Futbolçu  





Xəbər lenti