“Formula-1” yarışlarında dəyişiklik olacaq

  05 Fevral 2019    Oxunub : 1302
 “Formula-1” yarışlarında dəyişiklik olacaq
"2018-ci il mövsümünün yekunlarına əsasən, Azərbaycan Qran-Prisi "Formula 1" yarışları arasında populyarlıq qazanıb, eyni zamanda Bakı ən çox şöhrət qazanmış idman məkanıdır"
Azvision.az xəbər verir ki, bunu "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri deyib.

O, qeyd edib ki, "Formula 1" Azərbaycanla əməkdaşlıqdan məmmundur və tərəfdaşlığa böyük önəm verir: “Qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Azərbaycanda keçirilən bu yarış "Formula 1" yarışları arasında öz yerini tutur”.

Ç.Kerri 2019-cu il mövsümündə "Formula 1" yarışında müəyyən dəyişikliklərin olacağını bildirib: “2019-cu ildə artıq siz yeni pilotlar görəcəksiniz, komandalarda, təşkilatçılarda dəyişiklik olacaq. Bunların hamısı yarışın daha yüksək səviyyədə keçirilməsinə xidmət edir”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Formula-1   Yarış