"Qarabağ" - "Neftçi" oyununda yeni rekord

"Qarabağ" - "Neftçi" oyununda yeni rekord
  04 Fevral 2019    Oxunub:2163
Topaz Premyer Liqasında 2018/19 mövsümünün azarkeş rekordu qeydə alınıb.
Azvision.az PFL-in saytına istinadən xəbər verir ki, yeni rekord XV turun “Qarabağ” - “Neftçi” qarşılaşmasına təsadüf edib. 1:1 hesabı ilə başa çatan görüşü 6000 tamaşaçı izləyib.

Bunadək ən çox tamaşaçı “Sabah” – “Qarabağ” matçında (0:2) qeydə alınıb. “Əlincə Arena”da keçirilən VI turun qarşılaşmasını 4500 tamaşaçı seyr edib.

Mövsümün 3-cü göstəricisi isə IX turda keçirilən “Neftçi” – “Qarabağ” oyununa (3:1) təsadüf edib. “Bakcell Arena”dakı matçda 4000 tamaşaçı olub.

Ümumilikdə isə XV turun 4 oyununu 7180 tamaşaçı izləyib. Bu da mövsümün əvvəlki rekordunun qeydə alındığı VI turdakından 280 nəfər çoxdur.

Azvision.az



Teqlər: PFL   Qarabağ   Neftçi  





Xəbər lenti