“Arsenal” səfərdə məğlub oldu - VİDEO

“Arsenal” səfərdə məğlub oldu -  VİDEO
  04 Fevral 2019    Oxunub:2678
İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilib.
Azvision.az xəbər verir ki, "Mançester Siti" öz meydanında "Arsenal"ı qəbul edib.

Turun mərkəzi qarşılaşması "Arsenal"ın 3:1 hesablı məğlubiyyətilə başa çatıb. Meydan sahiblərinin qollarını Serxio Aquero vurub. Qonaqların təsəlli qoluna Loran Koselni imza atıb.

Qeyd edək ki, turnir cədvəlində 2-ci pillədə qərarlaşan "Mançester Siti" bu qələbə ilə xalını 59-a çatdırıb. "Arsenal" isə 47 xalla 6-cıdır.



Azvision.az



Teqlər: Arsenal  





Xəbər lenti