"Qarabağ" - "Neftçi" oyununda heç-heçə - VİDEO (Yenilənib)

 "Qarabağ" - "Neftçi" oyununda heç-heçə -  VİDEO (Yenilənib)
  04 Fevral 2019    Oxunub:7483
Azərbaycan Premyer Liqasında 15-ci turun son oyunu keçirilib.
Azvision.az xəbər verir ki, mərkəzi görüşdə "Qarabağ" əzəli rəqibi "Neftçi" klubunu qəbul edib.

Görüşün 6-cı dəqiqəsində Ağdam təmsilçisi Dani Kintananın vurduğu qolla hesabda önə keçib. 30-cu dəqiqədə "Neftçi"nin futbolçusu Mamadu Mbodj hesabı bərabərləşdirib. Görüşün ilk hissəsi 1:1 hesabı ilə yekunlaşıb.

Matçın ikinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, əlavə qol vurulmayıb. Komandalar hərəyə bir xal qazana biliblər.



***
Topaz Premyer Liqasının 15-ci turunda bu gün keçiriləcək "Qarabağ" - "Neftçi" matçının start heyətləri açıqlanıb.

Azvision.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

“Qarabağ”: 12. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 77. Donald Qerye, 19. Filip Ozobiç, 10. Dani Kintana, 11. Mahir Mədətov

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 9. Araz Abdullayev, 52. Yakub Jezniçak, 25. Ansi Aqolli, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı

“Neftçi”: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 25. Kiril Petrov, 3. Mamadu Mbodj, 11. Vangelis Platellas, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov 93. Soni Mustivar, 9. Baqali Dabo

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 6. Qoran Paratski, 36. Mamadu Kane, 77. Elvin Sərkərov, 33. Turan Vəlizadə, 32. Mirkamil Əliyev, 70. Əli Şirinov

Qeyd edək ki, qarşılaşma saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Azvision.az


Teqlər: Qarabağ   Neftçi  





Xəbər lenti