Bulvarda attraksionlar pulsuz olacaq

Bulvarda attraksionlar pulsuz olacaq
  12 Noyabr 2013    Oxunub:1958
Sabah Milli parkın ərazisində fəaliyyət göstərən atraksionlar pulsuz olacaq.
AzVision.az xəbər verir ki, pulsuz atraksionlar 15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub. Atraksionlar səhər saat 09:00-dan günorta saat 13:00-ə qədər pulsuz olacaq. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, Milli Parkda bu cür tədbirlər ayda bir dəfə həyata keçirilir. Pulsuz atraksionların keçirilməsində məqsəd isə maddi vəziyyəti aşağı olan valideynləri sevindirməkdir.

Pulsuz atraksionların keçirilməsini yaxşı hal hesab edən rəis müavini onu da bildirdi ki, bu addımı tez-tez atmaqda mümkün olmur. Beləki həftə sonu və bayram günləri Milli Parkda əhali sıx olur. Belə olan halda valideynlər və uşaqlar arasında anlaşılmazlıq yaranır. Ona görə də pulsuz atraksionların keçirilməsi həftə içi nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti