Bakılı qadın Lənkəranda narkotiklə yaxalandı

Bakılı qadın Lənkəranda narkotiklə yaxalandı
  11 Noyabr 2013    Oxunub:1375
Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs zərərsizləşdirilib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, rayon polisinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakininin üzərindən 720 qrama yaxın narkotik vasitə olan heron aşkar edilərək götürülüb.

Lənkəran şəhəri Ləvəngi dairəsində baş tutan əməliyyat zamanı Bakı şəhər sakini 50 yaşlı Həşimova Zəmanət Sahib qızının üzərinə baxış keçirilərkən külli miqdarda narkotik vasitə olan heroin aşkarlanıb.

Əlindəki torbanın içərisində 4 ədəd sarıkök selofanında olan narkotik vasitə maddi sübut kimi götürülüb.

Z.Həşimova şübhəli şəxs qismində tutulub, barəsində Lənkəran rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxs bildirib ki, əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə bir dəfə məhkumluq həyatı yaşayıb.

Z.Həşimova ilkin ifadəsində bildirib ki, narkotik vasitəni tanımadığı İran vətəndaşından alıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti