Millimizin qapıçısı Qazaxıstan klubuna keçdi

Millimizin qapıçısı Qazaxıstan klubuna keçdi
  30 Yanvar 2019    Oxunub:1852
Azərbaycan yığmasının qapıçısı Emil Balayev Qazaxıstanın "Tobol" klubuna transfer olunub.
Azvision.az xəbər verir ki, 24 yaşlı qapıçı ilə 2 illik müqavilə bağlanıb. O, "Səbail"dən "Tobol"a azad agent statusu ilə keçib.

Qeyd edək ki, E.Balayev karyerası ərzində "Neftçi", "Sumqayıt", "Araz Naxçıvan", "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandalarında çıxış edib.

Azvision.az


Teqlər: Emil-Balayev   Qapıçı  





Xəbər lenti