“Xamis Məmmədov həkim nəzarətsizliyindən ölüb” - İdmançının müəllimi

“Xamis Məmmədov həkim nəzarətsizliyindən ölüb” -  İdmançının müəllimi
  28 Yanvar 2019    Oxunub:6872
"Xamis Məmmədovun qripdən ölməsi barədə yayılan məlumatlar yalandır"

Bunu Azvision.az -a açıqlamasında vəfat edən dünya çempionu Xamis Məmmədovun müəllimi Nazim Məlikov deyib.
Onun sözlərinə görə, idmançı ağciyərində soyuqdəymə olduğu üçün 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb: “Qardaşı baş həkimlə əlaqə saxlamışdı. Bildirmişdi ki, pnevmaniya olub, qorxulu deyil, 15 günə sağalacaq. Həftənin 5-ci günü xəstəxanaya yerləşdirilib. Axşam xəstəxanada qızdırması olub. Həkim nəzarətsizliyindən gecə ölüb və otaq yoldaşları elə bilib ki, yatıb. Səhər artıq onun öldüyünü biliblər”.

N.Məlikov qeyd edib ki, idmançı buxardan soyuğa çıxdığı üçün xəstələnib. Bundan başqa, X.Məmmədovun ciyərində ləkə olub.

Səhiyyə Nazirliyinin yaydığı məlumatda isə bildirilib ki, dünya çempionu Xamis Məmmədov 24 yanvar 2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, o, yanvarın 26-da dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Xamis-Məmmədov   MMA  





Xəbər lenti