Metroda gərginlik yaşandı

Metroda gərginlik yaşandı
  11 Noyabr 2013    Oxunub:1226
Bakı metrosunda gərgin anlar. Stansiyada işıqların sönməsi sərnişinlər arasında ajiotaj yaradıb.
Bu gün metronun 28 May stansiyasında işıqlar sönüb.

AzVision.az musavat.com-a istinadən xəbər verir ki, stansiyada işıqların sönməsi sərnişinlər arasında ajiotaj yaradıb.

Metropoliten rəhbərliyindən verilən məlumata görə, stansiyada işıqların sönməsi texniki səbəblərlə əlaqədardır:

“Narahatlıq üçün heç bir əsas yoxdur. Qatarlar qrafik üzrə hərəkət edir. Stansiyada da bir azdan işıqlarla bağlı nasazlıq aradan qaldırılacaq. Hazırda bu istiqamətdə iş aparılır. Sərnişinlərə heç bir narahatlıq olmaması barədə xəbərdarlıq edilir”.

İşıqların sönməsinə baxmayaraq qatarlar hərəkətini davam etdirib.


Teqlər:





Xəbər lenti