Yapon mətbəxini öyrənənlərə viza rejimi asanlaşacaq

Yapon mətbəxini öyrənənlərə viza rejimi asanlaşacaq
  10 Noyabr 2013    Oxunub:1270
Tokio yapon mətbəxini öyrənmək istəyənlər üçün viza rejimini sadələşdirə bilər.
Yaponiya hökuməti yapon mətbəxini öyrənmək istəyən əcnəbilər üçün viza rejimini asanlaşdırmaq imkanlarını nəzərdən keçirir. AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə NHK teleşirkəti xəbər yayıb.

Məlumata görə, hökumət yapon mətbəxinə məxsus yeməkləri hazırlamağı öyrənən və Yaponiya restoranlarında təcrübə keçmək istəyənlər üçün viza rejimini yüngülləşdirə bilər. Qanuna əsasən, yerli xörəkləri hazırlamağı öyrənən əcnəbilər, iş təcrübəsi 10 ildən az olarsa, ölkədəki Yaponiya restoranlarında çalışa bilməzlər.

Hökumət tərəfindən baxılan tədbirlərə görə, "yapon mətbəxi" ixtisası üzrə təhsil alan xarici vətəndaşlar ölkədə iki il ərzində işləyə və Yaponiya restoranlarında təcrübə keçə bilərlər.

Qeyd edək ki, dekabrda Yaponiya hökumətinin yapon mətbəxinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması ilə bağlı ərizəsinin təmin ediləcəyi gözlənilir. Bu siyahıya artıq fransız və Aralıq dənizi (ispan, italyan, yunan, mərakeş), həmçinin Meksika mətbəxləri daxildir.


Teqlər:





Xəbər lenti