Bölgələr qış mövsümünə hazırlaşır

Bölgələr qış mövsümünə hazırlaşır
  09 Noyabr 2013    Oxunub:1100
Gədəbəydə qış mövsümünə ciddi hazırlıq görülür.
AzVision.az xəbər verir ki, Gədəbəy rayonunda qış mövsümündə ciddi problemlərin yaşanmaması üçün ciddi hazırlıq görülür. Məsələ ilə əlaqədar rayon icra hakimiyyətində tədbirlər planı təsdiq edilmişdir. Plana əsasən qış mövsümündə rayonun idarə və müəssisələrinin gücləndirilmiş iş rejiminə keçməsi nəzərdə tutulub, rayon ərazisində aşırımlı yolların kənarlarına təhlükəsizliyi təmin etmək məqsədilə xüsusi çəpərlər çəkilib, fosforlu nişanlar qoyulub.

Rayon icra hakimiyyətindən bildiriblər ki, Gədəbəy rayonu ucqar dağ rayonu olduğu üçün qış mövsümü sərt və soyuq keçir, yollar buz bağlayır. Odur ki, əsas diqqət yolların işlək vəziyyətdə olmasına yönəldilib. Bunun üçün 500 kubmetr qum və duz tədarük edilərək yol kənarlarına tökülüb.

Bundan başqa, yol idarəsinə məxsus bütün texnika və avadanlıq saz vəziyyətə gətirilib.


Teqlər:





Xəbər lenti