AzTV-nin diktoru Rəna Məmədova vəfat edib

AzTV-nin diktoru Rəna Məmədova vəfat edib
  09 Noyabr 2013    Oxunub:1484
AzTV-nin diktoru, əməkdar artist Rəna Məmədova vəfat edib.
AzVision.az xəbər verir ki, Azərbaycan Dövlət Televiziyası və Radiosunda çalışmış diktor Rəna Məmədova noyabrın 9-na keçən gecə vəfat edib. Bu barədə “Azərbaycan Televiziyası və Radiosu” QSC-nin Həmkarlar İttifaqının sədr mavini Mübariz Süleymanlı məlumat verib. Onun sözlərinə görə 74 yaşlı keçmiş diktor xəstə yatırmış.

Rəna Məmmədova 50 ilə yaxın müddətdə Azərbaycan Dövlət Televiziyası və Radiosunda diktor işləyib. 2006-cı il noyabrın 4-də Prezidentin sərəncamı ilə ona “Əməkdar artist” fəxri adı verilib.

Mərhumun cənazəsi bu gün günorta Təzəpir məscidindən qaldırılıb və Novxanı qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!


Teqlər:





Xəbər lenti