Bayraq Gününə həsr olunmuş veloyürüşdən FOTOLAR

Bayraq Gününə həsr olunmuş veloyürüşdən  FOTOLAR
  09 Noyabr 2013    Oxunub:3861
Bu gün Dövlət Bayrağı Gününə həsr olunmuş veloyürüş keçirilib.
AzVision.az xəbər verir ki, noyabrın 9-da Dənizkənarı Milli Parkda və Dövlət Bayrağı Meydanında Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı, Gənclər və İdman, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin iştirakı ilə 14-17 yaşlı oğlanlar və qızlar arasında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş "Bayrağımız qürur mənbəyimizdir" adlı veloyürüş təşkil edilib.

Federasiyadan verilən məlumata görə, veloyürüşdə 100-dən çox velosipedçi iştirak edib. Veloyürüşdə oğlanlar arasında Azər Rüstəmov 1-ci yeri, Kamran Məmmədov 2-ci yeri, Vüqar Nəsibov 3-cü yeri tutublar. Qızlar arasında 1-ci yerə Sürayə Tvaradze çıxıb.

Veloyürüşün qalibləri velosiped və digər qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Yarışda fəal iştirak edən velosipedçilərə sertifikatlar təqdim olunub. Ən gənc velosipedçi - 11 yaşlı Samirə Orucova yürüşün xüsusi mükafatına layiq görülüb.

Qalereya




Teqlər:  





Xəbər lenti