Məmmədyarov uduzdu, Rəcəbovdan heç-heçə

Məmmədyarov uduzdu, Rəcəbovdan heç-heçə
  21 Yanvar 2019    Oxunub:2668
“Tata Steel Masters-2019” turnirində şahmatçılarımız növbəti turu başa vurublar.
Azvision.az xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov hindistanlı rəqibi Vişvanatan Ananda məğlub olub, Teymur Rəcəbov isə hollandiyalı Yorden Van Forestlə heç-heçə edib.

Qeyd edək ki, Ş.Məmmədyarov 8 turun altısını heç-heçə başa vurub, ikisindən məğlub ayrılıb. Rəcəbov isə 1 oyunda qalib gəlib, digər partiyaları heç-heçə edib.

Azvision.az



Teqlər: Şahmat  





Xəbər lenti