London derbisini "Arsenal" qazandı

  20 Yanvar 2019    Oxunub : 1410
London derbisini "Arsenal" qazandı
İngiltərə Premyer Liqasında 23-cü turun mərkəzi görüşü keçirilib.
Azvision.az xəbər verir ki, "Arsenal" "Emirates" stadionunda "Çelsi"ni qəbul edib.

Əzəli rəqiblərin görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Arsenal"ın qələbə qollarını Aleksandr Lakazet (14) və Loran Kesyelini (39) vurublar.

Qeyd edək ki, bu görüşdən sonra "Arsenal" 44 xalla 5-ci, "Çelsi" isə 47 xalla 4-cü yerdə qərarlaşıb.

Azvision.az

Teqlər: Arsenal   Çelsi