Ucarda piyada vurulub

Ucarda piyada vurulub
  09 Noyabr 2013    Oxunub:1135
Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə bu gün saat 22:40 radələrində Bakı–Qazax yolunun Ucar rayonunun “Dördyol” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

KamAZ markalı yük maşını yolu keçən piyada, rayonun Rəstəcə kənd sakini, 1972 – ci il təvəllüdlü Məmmədov Malik Salik oğlunu vurub. Ağır bədən xəsarətləri alan M. Məmmədov Ucar Mərkəzi Rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti