Universitetdə rektor, Milli Məclisdə deputat...

Universitetdə rektor, Milli Məclisdə deputat...
  09 Noyabr 2013    Oxunub:1198
Milli Məclisin bəzi üzvləri millət vəkili olmaqla yanaşı, həm də bir çox vəzifələrdə çalışırlar.

Məsələn, bir neçə millət vəkili həkim, müəllim, hüquqşünas, bir neçəsi də ali təhsil müəssisələrinin rəhbəri (rektor-deputatlar) kimi fəaliyyət göstərirlər.

AzVision.az bu dəfə ali təhsil ocaqlarına rəhbərlik edən deputatlardan yazır. Rektor-deputatlar kimlərdir?

Başlayaq ölkənin ən iri təhsil ocağı olan Bakı Dövlət Universitetindən.

Abel Məhərrəmov- 14 illik rektor

Bakı Dövlət Universitetinin 63 yaşlı rektoru Abel Məhərrəmov ixtisasca kimyaçıdır. 1966-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub. 1999-cu il yanvarın 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilib.

2005-ci və 2010-cu illərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Hazırda Milli Məclisin Elm və təhsil məsələləri daimi komitəsinin üzvüdür.

Həkim-rektor-deputat

Azərbaycan Dövlət Universitetinin rektoru Əhliman Əmiraslanov isə ixtisasca həkimdir. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. Ə.Əmiraslanov 1992-ci ildən Azərbaycan Dövlət Tibb Universitetinə rektorudur.

1990-cı ildə Azərbaycan SSRİ Ali Sovetinin deputatı və 2010-cu ildə Azərbaycan Resbulikasının Milli Məclisinin Deputatı seçilib.

63 yaşlı Şəmsəddin Hacıyev

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru 63 yaşlı Şəmsəddin Hacıyev iqtisadçıdır, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 3 noyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunub. 2010-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib.

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədridir.

Aqiyə Naxçıvanlı…

Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı 2005-ci ildən rektor vəzifəsindədir. Həm də Milli Məclisin deputatıdır. O, Elm və Təhsil Komitəsinin üzvüdür. Xanım deputat 1967-72-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alıb. İxtisası müəllimədir.

Ən çox dil bilən rektor

Xarici Dillər Universitetinin rektoru Səməd Seyidov 2000-ci ildən rektor vəzifəsinə təyin olunub. Həm deputat, həm də rektor olan Səməd Seyidovun 48 yaşı var. İxtisasca psixoloq olan rektor Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini bitirib. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Milli Məclisin memar deputatı

Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova 2000-ci ildən rektor vəzifəsini tutur. 59 yaşlı rektor 13 ildir ki, bu vəzifədədir. Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti