Məmmədyarov və Rəcəbov yenə heç-heçə etdi

  14 Yanvar 2019    Oxunub : 1329
Məmmədyarov və Rəcəbov yenə heç-heçə etdi
Hollandiyanın Veyk-an-Zee şəhərində təşkil olunan şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turnirində yanvarın 14-də üçüncü turun oyunları keçirilir.
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov bu turda da heç-heçə ediblər. Üç turun yekununda hər iki şahmatçımızın aktivində 1,5 xal var.

Hazırda üçüncü turun oyunları davam edir.

Azvision.az

Teqlər: Şəhriyar-Məmmədyarov   Teymur-Rəcəbov