Velosiped tariximizdə ilk: 2 idmançımız İsveçrəyə yollanır

   Velosiped tariximizdə ilk:    2 idmançımız İsveçrəyə yollanır
  11 Yanvar 2019    Oxunub:2035
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) arasında şosse velosipedi üzrə U-23 yığma komandamızın üzvləri Musa Mikayılzadə və Kərim Şirəliyevin İsveçrənin Eql yerləşən Dünya Velosiped Mərkəzində (World Cycling Centre) 6 aylıq təcrübə keçməsi barədə razılıq əldə olunub.
Federasiyadan Azvision.az -a verilən məlumata görə, idmançılarımız yanvar ayının 15-dən etibarən 6 ay müddətində burada hazırlıq proseslərində iştirak edəcək və Dünya Velosiped Mərkəzinin yeni formalaşdırılmış komandasının heyətində yarışlara qatılmaqla öz ustalıqlarını artıracaqlar.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqı hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında Dünya Velosiped Mərkəzinə cəlb edir. Azərbaycan velosiped tarixində ilk dəfə olaraq 2 idmançımız eyni anda adı çəkilən idman mərkəzində ustalığını artıqmaq şansı əldə edib.

Azvision.az


Teqlər: Velosiped   İdman  





Xəbər lenti