Vüqar Həşimovun vəfatından 5 il ötür

Vüqar Həşimovun vəfatından 5 il ötür
  11 Yanvar 2019    Oxunub:3398
Bu gün Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun vəfatından 5 il ötür.
Azvision.az xəbər verir ki, V.Həşimov 24 iyul 1986-cı ildə Bakıda anadan olub.

O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası adından çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada yığmamızın tərkibində olub.

Həşimov 2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırmışdı), 2011-ci ildə isə Avropa çempionatının gümüş medalını əldə edib. O, 2010-2011-ci illərdə İtaliyada müntəzəm olaraq keçirilən “Reccio Emilia” turnirinin qalibi adını qazanıb.

Vüqar Həşimov beyində bədxassəli şişlə (xərçəng) əlaqədar 2014-cü il yanvarın 11-də Almaniyanın Haydelberq şəhərindəki klininada dünyasını dəyişib.

Qeyd edək ki, 2014-cü ildən etibarən hər il Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilir.

Azvision.az



Teqlər: Vüqar-Həşimov  





Xəbər lenti