XİN Davudoğlu ilə bağlı məlumatı təkzib etdi

XİN Davudoğlu ilə bağlı məlumatı təkzib etdi
  08 Noyabr 2013    Oxunub:1211
Türkiyə Xarici İşlər Nazirliyi bəzi KİV-də Ermənistanla sərhədlərin açılması istiqamətində guya Azərbaycan tərəfini razı salmaq üçün addımlar atıldığı haqqında gedən xəbərləri təkzib edir.
Məlumatda qeyd olunur ki, XİN-in mətbuat katibi KİV-də gedən bu kimi xəbərlərin heç bir əsası olmadığını bildirir.

Məlumata əsasən, Türkiyə-Ermənistan danışıqları Azərbaycan-Ermənistan danışıqlarına paralel olaraq aparılır və rəsmi Ankara bunu dəfələrlə bəyan edib.

Məlumatda o da qeyd olunur ki, Türkiyə ATƏT-in Minsk qrupunun fəaliyyətini yaxından izləyir və problemin tez bir zamanda həlli üçün hər bir addımı atmağa hazırdır.(trend)


Teqlər:  





Xəbər lenti