Salah Afrikanın ən yaxşı futbolçusu seçildi

  09 Yanvar 2019    Oxunub : 646
Salah Afrikanın ən yaxşı futbolçusu seçildi
İngiltərənin "Liverpul" klubunun misirli hücumçusu Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçilib.
Azvision.az xəbər verir ki, Salah seneqallı Sadio Mane ("Liverpul") və qabonlu Pyer-Emerik Obameyanqı ("Arsenal") qabaqlayaraq ardıcıl ikinci dəfə bu ada sahib çıxıb.

Qeyd edək ki, Məhəmməd Salah 2017-2018-ci illər mövsümündə İngiltərə Premyer Liqasında 36 oyuna 32 qol vurub. Həmçinin "Liverpul"la UEFA Çempionlar Liqasının finalında oynayıb. Rusiyada keçirilən dünya çempionatında isə üç oyuna iki qola imza atıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Afrika   Salah