Sərnişin avtobusu iki piyadanı vurub

Sərnişin avtobusu iki piyadanı vurub
  08 Noyabr 2013    Oxunub:1507
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki,Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Rəşad Pirverdiyev idarə etdiyi “Daewoo” markalı avtobusla paytaxt sakinləri Təranə Cəlilovanı və Şahnaz Rəhimovanı vurub. Piyadalar aldıqları xəsarətlərdən hadisə yerində həyatların itirib.
Paytaxtın Nizami rayonunun ərazisində isə Bakı şəhər sakini İlham Sarıvəliyev idarə etdiyi “Daewoo” markalı avtomaşını yolun kənarında saxlanan, Gürcüstan vətəndaşı Eldar Osmanova məxsus “Mercedes” markalı avtomaşına vurub.

Nəticədə xəsarət alan İ.Sarıvəliyev və onun avtomobilində olan sərnişinlər, Yevlax rayon sakini Rauf Həsənov, paytaxt sakinləri Rauf Mahmudov, Rəşad Allahverdiyev, Elmar Yusifov və 30-35 yaşlı kişi xəstəxanaya yerləşdirilib. E.Yusifov xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.


Teqlər:  





Xəbər lenti