Güləşçilərimiz Hindistan Liqasında iştirak edəcək

Güləşçilərimiz Hindistan Liqasında iştirak edəcək
  05 Yanvar 2019    Oxunub:2106
Azərbaycan güləşçiləri Hindistan Liqasında iştirak edəcək.
Azvision.az xəbər verir ki, 6 klubun qatılacağı yarışda üç güləşçimiz xalça üzərinə çıxacaq.

İkiqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev (65 kq) və Elis Manolova (62 kq) “Yodxa”, Tatyana Omelçenko (62 kq) isə “Haryana Hammers” klubunun şərəfini qoruyacaq.

Hindistan Liqasına yanvarın 14-də start veriləcək.

Qeyd edək ki, ötən mövsüm “Dehli Sultans” komandasının heyətində çıxış edən H.Əliyev mükafatçılar sırasında yer ala bilməyib.

Azvision.az


Teqlər: Güləş   Yarış   Hindistan  





Xəbər lenti