Futbol oyununda insident - 62 nəfər yaralanıb

   Futbol oyununda insident -    62 nəfər yaralanıb
  03 Yanvar 2019    Oxunub:4338
Futbol üzrə Əlcəzair kubokunun onaltıdabir final mərhələsində keçirilən “MC Alger”-“Village Moussa” matçı zamanı azarkeşlərlə təhlükəsizlik qüvvələri arasında baş verən çoxsaylı insident nəticəsində 62 nəfər xəsarət alıb.
Xəsarət alanlardan 45-i polis əməkdaşıdır. Azarkeşlərin meydana daş və digər yad əşyalar atması, həmçinin baş verən qarşıdurmalar səbəbindən oyun bir neçə dəfə dayandırılıb. Lakin baş hakim matça əlavə edilmiş dəqiqələrdə oyunu tamamilə dayandıraraq futbolçuları soyunub-geyinmə otağına yollayıb.

Əlcəzair Futbol Federasiyası hadisə ilə bağlı araşdırmalara başlayıb. Meydan sahiblərinin ağır cəzalara məruz qalacağı istisna edilmir. (AzərTAc)

Azvision.az



Teqlər: Futbol  





Xəbər lenti