Putin Makronla Suriyanı müzakirə edib

Putin Makronla Suriyanı müzakirə edib
  02 Yanvar 2019    Oxunub:4089
Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon söhbətində Suriyadakı böhranın nizamlanmasını və Ukraynadakı münaqişəni müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Söhbət zamanı Suriya nizamlanması problemi ətraflı müzakirə edilib. Bu müzakirə ilk növbədə, 2018-ci ilin 27 oktyabrında Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin İstanbul sammitinin yekununda Suriyada konstitusiya komitəsinin formalaşdırılmasına dair əldə olunan razılaşmalar kontekstində aparılıb. Prezidentlər həmçinin, 2018-ci il noyabrın 25-də Ukraynanın Kerç boğazındakı təxribatını nəzərə almaqla Ukraynadaxili böhranla bağlı fikir mübadiləsi aparıblar” – məlumatda bildirilib.

Qeyd olunub ki, telefon söhbətində Putinlə Makron həm də bir-birilərini Yeni il münasibətilə təbrik ediblər.

Xatırladaq ki, Makron ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan tamamilə çıxarılması qərarını sərt tənqid edəərk, bunu Suriyanın şimalındakı kürdlərə qarşı xəyanət adlandırmışdı. Makron bəyan etmişdi ki, Vaşinqtonun qərarına rəğmən, Fransa Suriyadakı hərbi iştirakını və kürd birləşmələrinə dəstəyini davam etdirəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Suriya   ABŞ   Rusiya   Fransa  





Xəbər lenti