Maqnitoqorskda ölənlərin sayı 19-a çatıb

Maqnitoqorskda ölənlərin sayı 19-a çatıb
  02 Yanvar 2019    Oxunub:3757
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 19-ə çatıb.
Azvision.az "TASS"-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölənlərdən 2-si uşaqdır. Dağıntılar arasından son olaraq 3 yaşlı uşağın meyiti çıxarılıb.

Binanın dağıntıları arasında hələ də 20-dən çox insanın qaldığı deyilir.

Qeyd edək ki, dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

Azvision.az



Teqlər: Maqnitoqorsk   Partlayış  





Xəbər lenti