`Angry birds` məktəblərə `uçacaq`

`Angry birds` məktəblərə `uçacaq`
  07 Noyabr 2013    Oxunub:1420
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan `Angry birds` oyunundan təhsil sistemində istifadə oluna biləcəyini deyib. AzVision.az xəbər verir ki, baş nazir bu fikri Finlandiyada səfərdə ikən “Angry birds” oyunun istehsalçısı olan `Rovio` şirkətində keçirdiyi görüşdə səsləndirib.

- Məncə, ölkəmiz üçün faydalı olar. Başda təhsil nazirimiz olmaqla ortaq işlər görə bilərik. Əylənclə ilə tədris modeli çərçivəsində bu oyundan faydalanmaq olar,- deyən baş nazir vurğulayıb ki, bu məsələ ilə əlaqdar “Fatih” layihəsi var və o, ölkəsinə qayıdandan sonra bunun üzərində işləyəcək.

Ərdoğanın özünün bu oyundan xəbərdar olub-olmadığına gəlincə isə nazir deyib ki, 3 nəvəsi olduğundan, “Angry birds” haqda məlumatlıdır, amma vaxt məhdudluğundan onu oynaya bilməyib.

Bəs tədris prosesində əyləncədən istifadə nə qədər yararlıdır?

Təhsil eksperti Etibar Əliyev deyir ki, bu prosesdə idrakın, məntiqi təfəkkürün inkişafı üçün istənilən intellektual qaydalardan istifadə edilir: `Bu, dünya təcrübəsində var. Onsuz da Azərbaycanda yuxarı sinif şagirdlərinin əksəriyyəti müxtəlif İKT alətlərində oyunlara meyillidirlər`.

Türkiyədə belə sisteminin tətbiq oluna biləcəyinə gəlincə isə o, qeyd edib ki, Türkiyə təhsil sistemi mükəmməl sistemdir: “Hesab etmək olar ki, orada şagirdlərin psixoloji durumuna və intellektinə, mənfi təsir göstərə biləcək oyunlar proqrama əlavə edilə bilməz. Ümumilikdə isə bunlar dərsdən kənar proses olmalıdır. Çünki onsuz da şagirdlər səhər saatlarından günorta 2-yə qədər dərsdə olurlar, bu oyunlardan həmin saatalrda bəhrələnə bilməzlər. Hesab edirəm ki dügznü tətbiq olunsa, şagirdlərin inkiaşfına müsbət təsir edə bilər”.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti