Azərbaycanlılar Rusiyada qəzaya düşdü: Ölən və yaralılar var - VİDEO

  Azərbaycanlılar Rusiyada qəzaya düşdü: Ölən və yaralılar var -  VİDEO
  30 Dekabr 2018    Oxunub:5760
Rusiyanın Xantı-Mansiysk Muxtar Mahalının Neftyuqansk rayonunda “Rosneft” şirkətinə məxsus avtobus iki yük maşını və bir minik avtomobili ilə toqquşub.
Azvision.az TASS agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb. Yaralılar Surqut, Neftyuqansk və Poykovski xəstəxanalarına çatdırıblar. Onlardan on ikisinin vəziyyəti ağırdır.



Qeyd olunub ki, qəza zamanı əslən azərbaycanlı olan 1973-cü il təvəllüdlü Rasim Ağaxanov dünyasını dəyişib. Eyni zamanda iki azərbaycanlı – 1989-cu il təvəllüdlü Ruslan İsgəndərov və 1988-ci il təvəllüdlü Nail Mansurov xəsarət alıb. Qəzanın səbəbinin şaxtalı və fırtınalı hava şəraiti, həmçinin yolların buz bağlaması olduğu bildirilir.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Rusiya   Qəza  





Xəbər lenti