Putin Qırmızı meydanda hokkey oynadı - VİDEO

   Putin Qırmızı meydanda hokkey oynadı -    VİDEO
  30 Dekabr 2018    Oxunub:4682
Rusiya prezidenti Vladimir Putin "Gecə hokkey liqası"nın yoldaşlıq oyununda iştirak edib.
Azvision.az xəbər verir ki, Qırmızı meydanda baş tutan görüşdə Putinlə yanaşı müdafiə naziri Sergey Şoyqu da iştirak edib.

Qeyd edək ki, "Gecə hokkey liqası" 15 dekabr 2011-ci ildə prezident Putin və hokkey veteranlarının təşəbbüsü ilə yaradılıb. Liqanın əsas vəzifəsi yaşlı əhalini idmana cəlb etmək, şayba ilə hokkeyi Rusiyada bir nömrəli idman kimi populyarlaşdırmaq, bütün regionları birləşdirəcək həvəskar hokkey liqasının yaradılmasıdır.



Azvision.az



Teqlər:





Xəbər lenti