“Rosneft”in avtobusu qəzaya düşdü: 6 ölü, 18 yaralı

 “Rosneft”in avtobusu qəzaya düşdü:    6 ölü, 18 yaralı
  30 Dekabr 2018    Oxunub:5287
Rusiyanın “Rosneft” şirkətinə məxsus avtobus iki yük maşını və bir minik avtomobili ilə toqquşub. Neftyuqansk rayonunda baş vermiş qəza nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, hadisə yerinə xilasedici briqadalar cəlb olunub. Yaralılar Surqut, Neftyuqansk və Poykovski xəstəxanalarına yerləşdirilib. 12 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın yolların buz bağlaması səbəbindən baş verdiyi ehtimal edilir.

Azvision.az



Teqlər: Qəza  





Xəbər lenti