Təmkin "Qəbələ"ni "Sabah"a dəyişdi

Təmkin "Qəbələ"ni "Sabah"a dəyişdi
  29 Dekabr 2018    Oxunub:9626
“Sabah” klubu qış fasiləsində növbəti transferini rəsmiləşdirib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, "Qəbələ"dən ayrılan Təmkin Xəlilzadə bundan sonra "Sabah"ın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, yeni klubunda 17 nömrəli forma geyinəcək.

Qeyd edək ki, karyerası ərzində “Qarabağ”, “Şüvəlan”, “Zirə”də çıxış edən yarımmüdafiəçinin son klubu “Qəbələ” olub. Təmkin əsas millimizdə 10 oyun keçirib, 1 qola imza atıb.

Azvision.az



Teqlər: Sabah   Qəbələ   Təmkin-Xəlilzadə  





Xəbər lenti