Şəhriyar gümüş medal qazandı: "Bu qələbəni nənəmə həsr edirəm"

  28 Dekabr 2018    Oxunub : 9893
 Şəhriyar gümüş medal qazandı: "Bu qələbəni nənəmə həsr edirəm"
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb.
Azvision.az xəbər verir ki, bu barədə şahmatçı "Facebook" səhifəsində yazıb.

"Hər birinizə dəstək üçün təşəkkürlər. Mən 2018-ci il Rapid şahmat üzrə dünya çempionatının gümüş medalçısı oldum. Bu qələbəni bu yaxınlarda dünyasını dəyişmiş nənəmə həsr edirəm", - qrossmeyster vurğulayıb.

Qeyd edəkki, yarışın son günündə 3 qələbə, 2 heç-heçə edən 33 yaşlı Ş.Məmmədyarov xallarını 10,5-ə çatdırıb. Onun son turda heç-heçə etdiyi rusiyalı Daniel Dubov 11 xalla dünya çempionu olub.

Azvision.az

Teqlər: