Paşinyanı yola salan Putin yenidən Lukaşenkonu yanına çağırdı

   Paşinyanı yola salan Putin yenidən Lukaşenkonu yanına çağırdı
  28 Dekabr 2018    Oxunub:4731
Belarus prezidenti Aleksandr Lukaşenko 3 gün aradan sonra 29 dekabrda yenidən Moskvaya işçi səfər eədərk rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Azvision.az “Sputnik Belarus”a istinadən xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti bəyanat yayıb.
Qeyd olunur ki, Lukaşenko bundan əvvəl 25 dekabrda Putinlə görüşərək ikitərəfli münasibətlərdəki “cansıxıcı” məsələləri – enerji qiymətlərini və Rusiyanın vergi qanunvericiliyində ediləcək dəyişiklikləri müzakirə etmişdilər. Lakin o zaman mövqeləri yaxınlaşdırmaq alınmamışdı. Nəticədə, tərəflər “təxirəsalınmaz qərarların qəbulunu tələb edən” məsələlər üzrə yeni ilədək daha bir görüş keçirmək qərarına gəldilər.

“Moskvada hər iki ölkənin prezidentləri Belarus-Rusiya əməkdaşlığının aktual məsələləri üzrə 25 dekabrda Kremldəki müxtəlif formatlı görüşlərdə ətraflı müzakirə apardıqları danışıqları davam etdirəcəklər” – bəyanatda deyilir.

Ekspertlərə görə, Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanı qəbul etdikdən sonra Putinin Lukaşenkonu yenidən yanına çağırması həm də KTMT baş katibi ətrafında İrəvanla Minskin diplomatik müharibəsi ilə əlaqədar yekun qərara gəlinməsilə bağlıdır.

Leyla Elbrusqızı
Azvision.az







Teqlər: belarus   Rusiya  





Xəbər lenti