Qəzetlər `ölməyəcək` - 6 səbəb

Qəzetlər `ölməyəcək` - 6 səbəb
  07 Noyabr 2013    Oxunub:1672
Son zamanlar belə söhbətləri tez-tez eşidirik ki, qəzetlərin ömrünə az qalıb, tezliklə elektron media onları sıradan çıxaracaq. Amma əgər belədirsə, niyə uzaqgörən iri investorlar qəzetləri almaqda davam edirlər?
Məsələn, bu yaxınlarda `Amazon`un qurucusu Ceff Bezos $250 milyon dollara `The Washington Post` qəzetini aldı. Con Henri `The Boston Globe`-a sahibləndi. Bu investorlar `ölməkdə olan` biznesə pul qoyardılarmı? Yoxsa nəyəsə ümid edirlər?

Niman adına Harvard Jurnalistika Labartoriyasının eksperti Ken Doktor media bazarını analiz edib və qəzetləri `ölməyə` qoymayacaq səbəbləri göstərib. Həmin səbəblər bunlardır:

1) Auditoriya yenə də artır. Yeni texnologiyalar media resurslarının auditoriyasını getdikcə ancaq artırır.

2) Qəzetlərin online versiyasının ödənişli oxunması real effekt verir. Bu gün dünyada 500-dən çox qəzetin online versiyası ödənişli qaydada işləyir.

3) 2014-cü ildə online ödəmələrin yeni, daha rahat formalarının meydana çıxacağı gözlənilir.

4) Jurnalistikada mətn yazmağın yeni erası başlamaq üzrədir.

5) Yeni media investorları biznesə təzə ruh gətirirlər.

6) Keyfiyyətli xəbər və təhlilə tələbat getdikcə artır.

Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti