27 nəfər tutulub

27 nəfər tutulub
  07 Noyabr 2013    Oxunub:1232
Cinayət törətdiyinə görə 27 nəfər tutulub.
Noyabrın 5-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 59 cinayət faktından 20-nin üstü “isti izlər”lə açılıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 6 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 27 nəfər tutulub.


Teqlər:





Xəbər lenti