Putin Paşinyana dedi: “Biz bunu etməyə hazırıq”

  Putin Paşinyana dedi:  “Biz bunu etməyə hazırıq”
  27 Dekabr 2018    Oxunub:7133
Moskvada səfərdə olan Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı onu 2019-cu ildə Ermənistana rəsmi səfərə dəvət edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putinlə görüşdə Paşinyan Ermənistanın Rusiya ilə münasibətlərini bütün istiqamətlərdə inkişaf etdirmək niyyətində olduğunu bir daha təsdiqləyib. Onun sözlərinə görə, İrəvan xüsusən də Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın möhkəmləndirilməsində maraqlıdır.

Bunun, Paşinyanın “Mənim addımım” blokunun Ermənistandakı növbədənkənar parlament seçkilərində qələbəsindən sonra onun Rusiyaya ilk səfəri olduğunu vurğulayan Putin isə öz növbəsində bidirib ki, Ermənistanla münasibətlərdəki dinamikanı qoruyub saxlamaq lazımdır və Moskva ilə İrəvan təkcə iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirməməlidirlər.

“Düşünürəm ki, münasibətlərimizdəki dinamika yaxşıdır və bunu qoruyub saxlamaq lazımdır. Biz bunu etməyə hazırıq və bizdən asılı olan hər şeyi edəcəyik ki, nəinki iqtisadi sahədə, həm də digər istiqamətlərdəki münasibətlərimizdə də bu səviyyə qorunub saxlansın. Yəni həm də təhlükəsizliyin təmini, KTMT xətti üzrə əməkdaşlığımızı nəzərdə tuturam.” – Putin vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   KTMT   Rusiya  





Xəbər lenti