Lavrov erməni həmkarı ilə Qarabağı müzakirə edir

 Lavrov erməni həmkarı ilə Qarabağı müzakirə edir
  27 Dekabr 2018    Oxunub:5917
Ermənistanın xarici işlər naziri səlahiyyətlərinin icraçısı Zohrab Mnatsakanyan Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirir.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan "Tvitter"də yazıb.
Danışıqların gündəliyinə Rusiya və Ermənistanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi daxildir.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti