Paşinyan artıq Moskvadadır

 Paşinyan artıq Moskvadadır
  27 Dekabr 2018    Oxunub:4623
Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin dəvətilə bir sıra məsələlər üzrə danışıqlar aparmaq üçün Moskvaya gedib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyi məlumat yayıb.

İkitərəfli danışıqlarda Rusiya qazının qiyməti, Rusiya-Ermənistan arasında postsovet məkanında mövcud olan təşkilatlarda, xüsusilə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkialtı (KTMT) çərçivəsində əməkdaşlığın hazırki vəziyyəti və gələcək perspektivləri müzakirə ediləcək. Həmçinin, KTMT baş katibinin təyin edilməsi məsələsi də gündəmdə olacaq.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti