ABŞ-ın İraqdakı səfirliyi yanında silsilə partlayışlar

ABŞ-ın İraqdakı səfirliyi yanında silsilə partlayışlar
  27 Dekabr 2018    Oxunub:4691
ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyi yaxınlığında, xüsusi mühafizə olunan “yaşıl zona”da silsilə partlayışlar törədilib.
Azvision.az “Shafaaq news”-a istinadən xəbər verir ki, ABŞ səfirliyinin yanında bir neçə minaatan hərbi sursat partlayıb. İraq rəsmilərinin məlumatına görə, səfirliyin mühafizəçiləri hücuma cavab olaraq xəbərdaredici atəşlər açıblar.

Lakin ABŞ səfirliyi “yaşıl zona”ya partlayışla müşayiət olunan hücumla bağlı hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, insident ABŞ prezidenti Donald Trampın İraqa qəfil səfəri və orada xidmət keçən amerikalı hərbçilərlə görüşündən sonra baş verib. Görüşdəki çıxışında Tramp bildirib ki, İraqdakı ABŞ qoşunlarını çıxarmaq fikri yoxdur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İraq   ABŞ  





Xəbər lenti