İlin ən yaxşı idmançıları mükafatlandırıldı

   İlin ən yaxşı idmançıları mükafatlandırıldı
  26 Dekabr 2018    Oxunub:12973
Dekabrın 26-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra 2018-ci il ərzində idmançılarımızın qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək 2018-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. Nazir vurğulayıb ki, il ərzində federasiyalarla birlikdə ölkəmizdə 225 yerli, 58 beynəlxalq turnir keçirilib. Bundan başqa, 236 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub. Hesabat ilində Azərbaycan idmançıları dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında və beynəlxalq turnirlərdə 753 medal qazanıblar. Medallardan 263-ü qızıl, 230-u gümüş, 260-ı bürüncdür. Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında idmançılarımız 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.



A.Rəhimov, həmçinin diqqətə çatdırıb ki, il ərzində nazirliyin dəstəyi ilə gənclər sahəsində 183 tədbir keçirilib. Onların 165-i yerli, 18-i isə beynəlxalq səviyyəli olub. Həmçinin 246 nəfər xarici ölkələrə ezam olunub, min nəfər isə Azərbaycan Respublikasında qəbul edilib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Azərbaycanda idmana göstərilən dövlət və qayğısından danışıb və idmançılarımızın cari ildəki çıxışınlarını yüksək qiymətləndirib. Ç.Hüseynzadə deyib ki, son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə idman dövləti olduğunu bütün dünyaya bir daha göstərib.

Sonra müxtəlif nominasiyalar üzrə 2018-ci ilin ən yaxşıları mükafatlandırılıb.

Azvision.az


Teqlər: İdman   Azad-Rəhimov  





Xəbər lenti