Britaniya xristianların təqibini araşdıracaq

 Britaniya xristianların təqibini araşdıracaq
  26 Dekabr 2018    Oxunub:5199
Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant bütün dünya üzrə xristianların təqib edilməsi hallarının müstəqil araşdırılması və gələn ilin aprelinədək yekun nəticə barədə hesabat hazırlanmasına dair təlimat verib.
Azvision.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yepiskop Truro Filipin rəhbərlik edəcəyi araşdırma əsasında Yaxın Şərq, Afrika və Asiya ölkələrində təqib olunan xristianlara dəstək üzrə hökumətə tövsiyyələr hazırlanacaq.

“Zorakılığın dəhşətli səviyyəsinin qarşısını almağa kömək etmək üçün biz əlavə praktik addımların müəyyənləşdirilməsinə çalışırıq. Bu zorakılıq nəticəsində ötən il öz dini inanclarına görə 3 min xristian öldürülüb”, - deyə Britaniya baş nazirinin din və inanclar üzrə xüsusi nümayəndəsi lord Tarık Əhməd bildirib.

Britaniya XİN-in məlumatında, həmçinin qeyd olunub ki, son bir il ərzində dünya üzrə ümumilikdə 215 milyon xristian təqiblərə məruz qalıb.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Britaniyia   Xristian  





Xəbər lenti