Qarlı yolda 3 avtobus aşdı: 3 ölü, 72 yaralı (FOTOLAR)

Qarlı yolda 3 avtobus aşdı:  3 ölü, 72 yaralı (FOTOLAR)
  26 Dekabr 2018    Oxunub:5495
Türkiyənin Ankara, İsparta ve Kırşehir bölgələrində şəhərlərarası sərnişin daşıyan 3 avtobus qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, qəzalar nəticəsində 3 nəfər ölüb, 72 nəfər isə yaralanıb.

Kirşəhirdə sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər həlak olub, 35 nəfər yaralanıb. Şərəflihisar bölgəsində də sərnişin avtobusu aşıb. Nəticədə 20 nəfər yaralanıb. Bundan əlavə, eyni gündə İspartada sərnişin avtobusu qəzaya uğrayıb. Qəza 17 nəfərin xəsarət almasına səbəb olub.

Qəzalara səbəb kimi qarlı hava və yolun sürüşkən olması göstərilir. Qarın yağması xilasetmə işlərində çətinlik yaradıb.






Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Qəza  





Xəbər lenti