Liviya XİN-in binasına terror hücumu: 3 ölü, 7 yaralı (Yenilənib)

Liviya XİN-in binasına terror hücumu:  3 ölü, 7 yaralı (Yenilənib)
  25 Dekabr 2018    Oxunub:4856
3 terrorçu-kamikadze Liviyanın paytaxtı Tripolidə yerləşən Xarici İşlər Nazirliyinin binasına hücum edərək özlərini partladıblar.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, nazirliyin binasına hücum etməzdən əvvəl terrorçular silahla atəş açıblar. Daha sonra isə binaya daxil olaraq özlərini partladıblar. Lakin XİN binasındakı mühafizəçilər terrorçulardan biri özünü partlatmazdan əvvəl onu öldürə biliblər.

İlkin məlumata əsasən, terror hücumu nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də, teraktın İŞİD tərəfindən törədildiyi güman edilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Liviya   Tripoli  





Xəbər lenti