Vasif Talıbovun oğlu iradlara cavab verdi

Vasif Talıbovun oğlu iradlara cavab verdi
  25 Dekabr 2018    Oxunub:13915
Naxçıvan Şahmat Federasiyasında Muxtar Respublikanın Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olub.
Azvision.az xəbər verir ki, Şahmat Federasiyasının sədri Seymur Talıbov yığıncaqda çıxış edib. O, xatırladıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə idmanın inkişafı ilə bağlı müəyyən iradlar bildirilib.

Federasiya sədri dövlət tərəfindən qayğı və diqqətin göstərilməsinə baxmayaraq, Şahmat Federasiyasında hələ də nöqsanların olduğu qeyd edib.

"Mövcud nöqsanların səbəbi federasiya tərəfindən istedadlı uşaqların düzgün istiqamətlənməməsi, onlarla məşqçi-müəllimlərin yaxından maraqlanmamasıdır. Yığıncağı keçirməkdə məqsəd qarşıdakı ildə göstərilən iradları aradan qaldırmaq, verilən tövsiyə və tapşırıqları yerinə yetirmək, keçirilən ölkədaxili və beynəlxalq turnirlərdə uğur qazanmaqdır. Hazırda Federasiyanın maddi-texniki bazası gücləndirilib, şəhər və rayonlarda şahmat mərkəzləri, məktəbləri fəaliyyət göstərir. İdmançıların uğur qazanması üçün hər cür şərait yaradılıb".

S.Talıbov diqqətə çatdırıb ki, artıq yeni il üçün federasiyanın mükafat fondu təsis edilib: "Fondu yaratmaqda məqsəd şahmatçıların, eləcə də məşqçi-müəllimlərin bu idman növünə olan marağını daha da artırmaq, muxtar respublikada şahmatı kütləvi hala gətiməkdir. Eyni zamanda, fond tərəfindən il ərzində uğur qazanan idmançılarımız, məşqçi-müəllimlərimiz mükafatlandırılacaqlar. Qarşıdakı ildə federasiya işini verilən tövsiyə və tapşırıqlar əsasında quracaqdır. İl ərzində hər ay mütəmadi olaraq rayon şahmat məktəblərində görüşlər olacaq".

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun oğludur.

Azvision.az


Teqlər: Naxçıvan   Şahmat  





Xəbər lenti