50 avtomobil toqquşdu - 7 ölü

50 avtomobil toqquşdu -  7 ölü
  24 Dekabr 2018    Oxunub:4004
Hindistanın Haryan ştatında sıx duman səbəbindən 50 avtomobil toqquşub. Zəncirvari qəza nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın “NDTV” telekanalı məlumat yayıb. Qeyd olunub ki, zəncirvari qəza Cadcar şəhərinin yaxınlığındakı Rohtak-Revari şosesində baş verib. Qəzaya uğrayan avtomobillərin sırasında məktəbli avtobusları da var.

Xəstəxanaya aparılan yaralılardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir. Zəncirvari qəza nəticəsində 2 kilometr uzunluğunda sıx tıxac yaranıb, nəqliyyatın hərəkəti iflic olub.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Hindistan   Qəza  





Xəbər lenti